Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


13.11.2024  23:25 

Polşa Azərbaycanlıları Şurası Media Departamentini təsis etdi





A+  A-

Polşada yaşayan azərbaycanlıların birliyi və mədəniyyətinin təşviqi məqsədilə, Polşa Azərbaycanlıları Şurası (PAŞ) yeni bir addım ataraq Media Departamentini təsis etdi. Bu yeni departamentin yaradılmasında məqsəd, azərbaycanlı icmasının Polşadakı fəaliyyətlərini, mədəniyyətini və dəyərlərini daha geniş kütlələrə tanıtmaq, həmçinin Azərbaycanla Polşa arasında əlaqələri gücləndirməkdir. Bu haqda saytımıza Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli məlumat verib.

Xəzərnews.az xəbər verir ki, Media Departamentinin rəhbəri seçilən Fidan Həsənzadə Philip Morris International şirkətinin İnsan Resursları (HR) departamentində mütəxəssis olaraq fəaliyyət göstərir, eyni zamanda Instagram sosial şəbəkəsində geniş kütləyə xitab edərək xaricdə təhsil, karyera mövzuları üzərində gənclərə fayda verir. O, həmçinin Polşada yaratmış olduğu “Tələbə Qızlar İcması” qrupu ilə 200 nəfərdən çox xanımın birliyinə səbəb olaraq müxtəlif layihələr həyata keçirir. Fidan xanım Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun İşçi Qrupunun katibi olaraq da fəaliyyət göstərir.

Media Departamentin idarə heyətinə isə Mirsəid MirzəzadəƏrfan Möhsünov seçilmişdir.

Mirsəid Mirzəzadə - “Instagram” sosial şəbəkəsində geniş izləyici kütləsinə sahib olan Trilogy News səhifəsi ilə kontentlər yaradır və eyni zamanda “Bakcell”, “Samsung”, “Pasha Malls” kimi şirkətlərlə korperativ əməkdaşlıqlar həyata keçirir.

Ərfan Möhsünov - Azərbaycanda və Polşada müxtəlif tanınmış brendlərin, dövlət tədbirlərinin videoçəkiliş proseslərini və sosial medya platformalarının peşəkar idarəsini uğurla ərsəyə gətirir. Hazırda Polşanın Varşava şəhərində də bu fəaliyyətini icra edir.

Media Departamentinin təsis edilməsi, Azərbaycan icmasının Polşada daha görünür olmasını və müasir dövrün tələblərinə uyğun olaraq informasiya sahəsində daha fəal rol oynamasını təmin edəcək. Bu təşəbbüsün, yalnız yerli icma ilə məhdudlaşmayacağı, həm də Polşadakı geniş cəmiyyətin müxtəlif sahələrində qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edəcəyi vurğulanıb.

Xəbər 1960 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +